36
17:23
25 Fevral 2016

İlhamə Quliyevanın meyitinin ekpertiza nəticəsi məlum oldu - RƏSMİ

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, İlhamə Quliyeva hipertaniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranı pozğunluğundan vəfat edib.

**

16:58

Xalq artisti İlhamə Quliyevanın nəşi yuyulmaq üçün Təzə Pir məscidinə aparılıb. Bu barədə Lent.az -a İ. Quliyevanın qohumu müğənni Əli Mirəliyev məlumat verib:

"Hazırda yoldayıq, İlhamə xanımın nəşini Təzə Pir məscidinə aparırıq".

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri də məlum olub. Lent.az -ın “Report”-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.