28
09:50
25 Fevral 2016

Bakıda daha bir avtobus qəzası

Bu gün səhər saatlarında Bakıda avtobus qəzası baş verib.

Lent.az -ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, 3-cü mikrorayon dairəsində marşrut avtobusu ilə minik avtomobili toqquşub. Sürətlə hərəkət edən avtobus “Mercedes” markalı minik maşınını vurduqdan sonra idarəetməni itirərək, səkiyə çıxıb.

Hadisə nəticəsində ölən və ciddi xəsarət alanların olmadığı bildirilir.