28
10:27
24 Fevral 2016

ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edilib

ABŞ-ın Kentaki Ştatının Senatı Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi və Azərbaycan xalqının bu müstəqillik uğrunda 1990-cı ilin 20 yanvar faciəsi zamanı verdiyi qurbanlara dair qətnamə qəbul edib.

Lent.az -ın məlumatına görə, qətnamədə Azərbaycan xalqının 1990-cu il qanlı yanvar hadisələri zamanı verdiyi çoxsaylı qurbanların xatirəsi anılır. “Qara yanvar” faciəsi zamanı bir çox günahsız Azərbaycan vətəndaşının heç bir fərq qoyulmadan və amansız şəkildə qətlə yetirildiyi deyilir. Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda bu mübarizəsinin 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunması ilə nəticələndiyi bəyan edilərək Kentaki ştatı Senatının bu əlamətdar hadisəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyi bildirilir.