32
08:12
24 Fevral 2016

Ankaradakı Xocalı abidəsi ziyarət olundu

İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun iştirakçıları İraq Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyində görüş keçiriblər.

APA-nın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, görüşdə dərnəyin başqanı Mahmud Kasapoğlu bildirib ki, türklər arasında əlaqələr bundan sonra da davam etməli, türk türkün bütün problemlərinə həssas yanaşmalıdır: "Əzilən türklərin yanında olmalıyıq. Biz, İraq türkləri, Qarabağı da ermənilərdən azad etməyə səy göstərməliyik. İlk növbədə, bütün dərdimizi Türkiyə rəsmilərinə anlatmalıyıq, onların bizə dəstək verməsinə sövq etməliyik".

Forumun Koordinasiya Şurasının üzvləri - Akif Nağı, Akif Kərimov isə çıxışlarında forumun məqsədi və gələcək fəaliyyəti barədə məlumat veriblər. Sonra dərnəyin başqanına mükafat və Dağlıq Qarabağ haqqında kitablar təqdim olunub.

Daha sonra Xocalı soyqırımının 24 illiyi ilə bağlı "Xocalı" abidəsi ziyarət olunub.