32
04:57
24 Fevral 2016

ABŞ Suriyaya dair "B planı"nı müzakirə edir

ABŞ Suriyada atəşkəsə dair razılaşmanın tətbiq olunmayacağını ehtimal edərək, tərəfdaşları ilə dair alternativ planı müzakirə edir. APA -nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.

“Hazırda, Suriyada atəşkəsə dair razılaşmanın tətbiq olunmayacağı ehtimal edilərək, “B planı”na dair mühüm diskussiya aparılır”, - deyə Kerri senatda çıxışı zamanı bildirib.

Kerri planın detallarını və müzakirələrdə hansı ölkələrin iştirak etdiyini açıqlamayıb.