26
18:00
23 Fevral 2016

Bakıda tikinti sahəsində ölüm olub - YENİLƏNİB

Bakıda ölüm hadisənin baş verdiyi iddia edilən liseyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a bildirilib ki, adıçəkilən yerdə ölüm faktı qeydə alınmayıb. Liseyinin rəhbərliyi qeyd edib ki, hadisə liseyin həyətində yox, qonşuluqdakı tikinti sahəsində baş verib. Liseyin həyətində isə ümumiyyətlə heç bir ölüm faktı qeydə alınmayıb.

**

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən hadisə baş verib. Lent.az report-a istinadən xəbər verir ki, F.X.Xoyski küçəsində yerləşən türk liseyinin həyətindən Tərtər rayon sakini, 34 yaşlı Mobil Məmmədov naməlum səbəblərə görə kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.