36
12:35
23 Fevral 2016

İTV-nin aparıcısı şirkət açdı

İTV-nin aparıcısı Kamran Quliyev özü üçün media şirkət açıb.

Bu barədə Lent.az -a aparıcının özü məlumat verib: “Hazırda bir çoxları sponsor qıtlığından əziyyət çəkir. Amma mənə dəstək olanlar var. Şirkət çərçivəsində yeni verilişlər hazırlayacağıq. Onları həm paytaxt, həm də region kanallarında nümayiş etdirəcəyik. Eyni zamanda bir film çəkməyi düşünürük. Burada klip, reklam çəkilişləri də nəzərdə tutulub. Çoxdan belə bir planım var idi. Nəhayət, bunu reallaşdıra bildim. Şirkət "KAmedia" adlanır. Komedia kimi səslənsə də, biz burada ciddi işlərlə məşğul olacağıq".