62
02:24
23 Fevral 2016

Güclü qasırğa 29 nəfərin həyatına son qoydu

Ficidə baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 29-a çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin sayının artacağı istisna olunmur.

“Uinston” qasırğası paytaxt Suvada 140 evi dağıdıb. Ficinin ən iri adalarından biri olan, ölkə əhalisinin 70%-in yaşadığı Vit-Levuda 680 ev tam, 425 ev isə qismən dağılıb.

Minlərlə insan evlərini tərk edərək müxtəlif sığınacaq və təxliyə mərkəzlərinə üz tutub.

Qeyd edək ki, fevralın 20-də Fici hökuməti ölkədə təbii fəlakət rejimi elan edib.