26
17:38
22 Fevral 2016

Bakıda hərbçi cinayətin qarşısını aldı

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakıda cinayət hadisəsinin qarşısı alınıb. Lent.az DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 20-də saat 06:00 radələrində Dövlət Sərhəd Xidmətinin Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi, baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini müşahidə edib. Hərbi hissə növbətçisi onları saxlamaq istəyərkən şəxslərdən biri hadisə yerindən qaçıb. Baş çavuş S.Əlbəndəyev həmin şəxsi təqib edərək yaxalayıb və hər iki şəxsi hadisə yerinə çağırılan Nizami rayon polis idarəsinin əməkdaşlarına təhvil verib.