47
13:22
22 Fevral 2016

Ukrayna təmsilçisi "Eurovision"da Krım tatarlarının deportasiyasından oxuyacaq

Ukraynanı "Eurovision 2016" mahnı müsabiqəsində Krım tatarlarının deportasiyasından bəhs edən "1944" adlı mahnısı ilə müğənni Camala təmsil edəcək. Bu barədə Trend Ukraynanın UNİAN agentliyinə istinadən xəbər verir.

Camala krımlı tatar və erməni ailəsində böyüyüb. "1994" adlı mahnısını isə "Eurovision" milli seçmə turu üçün özü bəstələyib.

"Eurovision 2016" musiqi yarışması Stokholm şəhərində "Qloub" arenasında keçiriləcək. Yarımfinallar mayın 10-u və 12-də, final isə mayın 14-də olacaq.

Qeyd edək ki, keçən ilin may ayında Avstriyada keçirilən "Eurovision 2015"in qalibi isveçli müğənni Mons Selmerlev olub.