53
12:25
22 Fevral 2016

Nazir: “İndi ali təhsil daha əlçatan olub"

“Azərbaycanda təhsilin kütləviləşməsi təhsilin əlçatan olması ilə bağlıdır”.

Lent.az -ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov ANS-in efirində yayımlanan “Hesabat” verilişində deyib.

M. Cabbarovun sözlərinə görə, hazırda ölkədə təhsilin kütləviləşməsi mövzusu Azərbaycan üçün unikal problem deyil: “ İndi ali təhsil daha əlçatan olub. Sovet İttifaqı dövründə ali təhsil müəssisələrinə təxminən 16 min tələbə qəbul edilirdisə, indi isə bu rəqəm təxminən 33 minə yaxındır. Təhsil almaq insanın hüququdur və təhsil naziri kimi bu hüququn reallaşmasında hər hansı problem görmürəm”.

Təhsil naziri bildirib ki, bu məsələdə yeganə problem ondan ibarətdir ki, ali təhsil almaq istəyən insan minimum bilik səviyyəsinə malik olmalıdır: "Məhz bu səbəbdən Təhsil Nazirliyinin təşəbbüsü ilə 2015-2016-cı il tədris ilindən ali təhsilə qəbulun minimal balı endirilməyib və bununla bağlı gələcəkdə siyasətimiz birmənalı olacaq".