45
10:58
21 Fevral 2016

Eddi İspaniyada ardıcıl üçüncü oyununda da “fərqləndi”

İspaniya Sequndasında 26-cı tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" səfərdə "Ponferradina" ilə üz-üzə gəlib.

Oyun qonaqların 3:1 hesablı qələbəsiylə nəticələnib. Eddi meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü matçın 52-ci dəqiqəsində sarı vərəqə alıb. Bu, İsrafilovun "Kordoba"nın heyətində meydana çıxıdığı son 3 oyunda ardıcıl 3-cü sarı vərəqəsidi.

Səfər qələbəsiylə hesabındakı xalların sayını 43-ə çatdıran "Kordoba" 3-cü pilləyə yüksəlib.

İspaniya Sequndası, 26-cı tur

20 fevral

Ponferradina - Kordoba 1:3
Qollar: Kayado, 85 - Fidel, 25. Xisko, 44. Markoviç, 89