27
07:16
21 Fevral 2016

Buş prezidentlik uğrunda mübarizəni dayandırdı

Florida ştatının sabiq qubernatoru Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırdığını elan edib. APA -nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bunu o Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib.

Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.