38
06:51
21 Fevral 2016

Tramp qalib gəldi

ABŞ-ın Respublikaçılar partiyasından ölkə prezidenti postuna namizəd milyarder Donald Tramp Cənubi Karolina ştatında keçirilən praymerizdə (ilkin seçkilərdə) rəqiblərini qabaqlayıb. APA -nın CNN-ə istinadən verdiyi xəbərə görə, Tramp səslərin 34,4 faizini toplayıb. İkinci yeri səslərin 21,4 faizini toplamış senator Ted Kruz, üçüncü yeri isə Marko Ruio tutub.

Praymerizin qalan iştirakçıları 10 faizlik həddi adlaya bilməyiblər.