33
03:18
21 Fevral 2016

Əsəd: “Münaqişənin həlli tək atəşkəsin elan olunmasından asılı deyil”

Suriyadakı münaqişənin həlli tək atəşkəs rejiminin elan olunmasından asılı deyil. APA -nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu “El Pais” nəşrinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.

“Biz atəşkəsin tətbiq olunmasına hazır olduğumuzu bəyan etdik, lakin iş tək bəyanatlardan asılı deyil”, - deyə bildirib. Əsədin fikrincə, ölkədəki vəziyyətin nizamlanmasına bir sıra amillər təsir edir: “Məsələn, terrorçuların atəşkəsdən istifadə edərək mövqelərini möhkəmləndirməyə yol vermək olmaz. Həmçinin, Türkiyə daxil olmaqla, digər ölkələrin terrorçulara silah-sursat göndərməsinin və hər-hansı maddi-texniki dəstək verməsinin qarşısını almaq gərəkdir. Əks təqdirdə, Suriyada daha böyük xaos yarana bilər”.

Onun sözlərinə görə, terrorçuları müxtəlif vasitələrlə dəstəkləyən “80 ölkə” var. Bəşər Əsəd terrorçularla mübarizədə Rusiya və İranın dəstəyini yüksək qiymətləndirib.