35
18:09
20 Fevral 2016

VAZ “Mersedes"lə toqquşdu: 2 ölü, 4 yaralı - YENİLƏNİB

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə-Tərtər yolunun Tərtərin Sarıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Onlar VAZ-ın sürücüsü 1983-cü il təvəllüdlü Hüseynov Tehran Həsən oğlu və “Mercedes”də olan sərnişin Rəfiqə Kazımovadır.

Qəza nəticəsində həmçinin Abşeron rayon sakinləri - 1974-cü iç təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər rayon sakinləri - 2000-ci il təvəllüdlü Baxşalıyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlü Kazımov İsa Sabir oğlu xəsarət alıblar. Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

17:15

Tərtərin Sarıcalı kəndində vətəndaşlara məxsus “VAZ” və “MERCEDES” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Hüseynov Tehran Həsən oğlunun sıxılmış vəziyyətdə qalmış meyiti yanğınsöndürənlər-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:23-də başa çatıb.