46
01:32
20 Fevral 2016

Böyük Britaniya Avropa İttifaqında qaldı

Böyük Britaniya və Avropa İttifaqının liderləri arasında razılıq əldə olunub.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu özünün “Tvitter” səhifəsində Litva prezidenti Dalya Qribauskayte yazıb.

“Nəhayət ki, razılıq əldə edildi. Böyük Britaniya Avropa İttifaqının tərkibində qalır”, Litva prezidenti qeyd edib.

Xatırladaq ki, Britaniyanın baş naziri Devid Kemeron Brüsseldə keçirilən sammit çərçivəsində ölkəsinin Avropa İttifaqında qalması ilə bağlı şərtləri təşkilatın rəhbərliyi ilə müzakirə edir.