33
01:03
20 Fevral 2016

Arda 3 milyonluq restoran açdı

Futbolda qazandığı pullarla iş həyatına sərmayələr qoyan futbolçu Arda Turan özünə yeni restoran açıb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Barselona” oyunçusu çoxdandır, bu arzusunu reallaşdırmağı gözləyirdi. “Arxiv” adlanan restoran Ardaya 3 milyon lirəyə (təxminən 1 milyon 578 min manat) başa gəlib.

Futbolçunun yeni açdığı məkanda əsasən Türkiyə mətbəxinin təamları yer alacaq. Yeməklərdə istifadə olunan ərzaqlar isə orqanik olacaq. A.Turan 150 nəfərlik tutumu olan restoranın ilk fotolarını İnstaqram səhifəsində paylaşıb. O, şəkillərə “Türkiyə mətbəxinin təqdim olunduğu restoranımız açıldı. Şişlidə sevgi, məhəbbət var. Yolunuzu gözləyirik” yazıb.

Şəriki Camal Sarıhanla birlikdə restoranlar şəbəkəsi qurmağı planlaşdıran Arda Avropada da şöbə açmaq fikrindədir.