24
21:37
19 Fevral 2016

Ankaradakı terrorla bağlı saxlanılanların sayı 20-yə çatdı

Ankarada baş vermiş terror aktı ilə əlaqədar şübhəli qismində saxlanılanların sayı 20 nəfərə çatıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin səkkiz əyalətində xüsusi əməliyyatlar keçirilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılanların bir qismi PKK ilə əlaqəlidirlər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edərkən hadisə ilə əlaqədar 14 nəfərin saxlandığını bildirmişdi.