65
16:46
19 Fevral 2016

İlqar Muradov susqunluğu nə ilə pozacaq?

Əməkdar artist İlqar Muradov sənətində yaratdığı kiçik fasiləni mini konsertə pozacaq. Bu barədə Lent.az -a konsertin təşkilatçısı Aynur Hacıyeva məlumat verib. O, bildirib ki, İ.Muradov fevralın 20-də əyləncə məkanlarının birində səhnə alacaq:

"İlqar Muradovun dinləyici kütləsi genişdir. Konsert təklifini edəndə, tərəddüd etmədən razılaşdı. Maraqlı konsert olacaq. Yeni mahnılar, klassik ifalar İlqar Muradovun canlı ifasında eşidiləcək".