70
15:08
19 Fevral 2016

Ötən ay 68 nəfər qidadan zəhərlənib

2016-ci ilin yanvarı ayı ərzində Azərbaycanda ümumilikdə 55 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az -a verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 68 nəfər zərər çəkib.

Yanvar ayı ərzində 5 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, zəhərlənmə halları əsasən evdə bağlanan xiyar, pomidor turşusundan istifadə zamanı yaranıb.