40
12:48
19 Fevral 2016

"Əməkdaşlıq sabitlik üçün vacib fürsətdir” - Çavuşoğlu

“Həssas qlobal və regional hadisələrin yaşandığı dövrdə üçtərəfli əməkdaşlığımız Cənubi Qafqazın sabitliyi və rifahı üçün vacib fürsətdir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündə deyib.

M. Çavuşoğlu bildirib ki, bu əməkdaşlıq nəqliyyat, enerji təhlükəsizliyi, mədəniyyət, idman, təhsil və elm kimi sahələrdə inkişafı hədəfləyir.

“Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi mühüm nəqliyyat və enerji layihələrinin önəmini bir daha qeyd etdik. Qonaqpərvərlik və uğurlu təşkilatçılıq fəaliyyətinə görə Gürcüstan xarici işlər naziri Mixael Canelidzeyə təşəkkürümüzü bildiririk”, - deyə o vurğulayıb.