31
12:33
19 Fevral 2016

Nikah və boşanmaların statistikası AÇIQLANIB

Ötən il Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah və 12,8 min boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstəricilər müvafiq olaraq 7,2 və 1,3 olub.

2015-ci ildə Dövlət Miqrasiya XidmətiDaxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gələn və 1,6 min nəfər ölkədən gedən qeydə alınıb.