47
17:24
18 Fevral 2016

Kaladze: "Azərbaycanla ...razılıq əldə edə biləcəyik"

"Gürcüstan hökuməti SOCAR və "Şahdəniz" konsorsiumu ilə danışıqları davam etdirir. Əgər danışıqlar müsbət nəticələnərsə, Gürcüstan Rusiyadan əlavə qaz almaq məcburiyyətində qalmayacaq".

"APA-Economics" "Georgia Online" xəbər portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Biz SOCAR-la aktiv şəkildə danışıqlar aparırıq. Təbii ki, konsorsiumla da mütəmadi əlaqədəyik. Danışıqların predmeti "Şahdəniz" kəməri ilə əlavə həcmdə qazın nəql olunmasıdır. Düşünürəm ki, biz bu barədə razılıq əldə edə biləcəyik. Belə olarsa, Rusiyadan əlavə həcmdə qaz almağa ehtiyac qalmayacaq", - deyə K. Kaladze bildirib.