29
16:29
18 Fevral 2016

Rauf Mirqədirovun səhhətində problem yaranıb

Həbsdə olan jurnalist Rauf Mirqədirovun səhhətində problemlər var.
Bu barədə Lent.az -a onun vəkili Fuad Ağauev məlumat verib. Vəkil bildirib ki, R.Mirqədirov qan təzyiqindən əziyyət çəkir. Hazırda o, dərmanlar qəbul edir, beyindaxili qan təzyiqini normada saxlamaq üçün müalicə alır, görmə qabiliyyəti zəifləyib.
Xatırladaq ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunaraq Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadllqdan məhrum edilib.