35
07:39
18 Fevral 2016

Şahzadənin ilk sevgilisi "Səs"də

Böyük Britaniya şahzadəsi Uilyamın ilk sevgilisi, aktrisa və müğənni Rouz Farkuar “Səs” (“The Voice”) yarışmasına qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı Rouz həftə sonu münsiflərin qarşısında çıxışa hazırlaşır.

Xatırladaq ki, şahzadə Uilyam 18 yaşı olanda Rouz Farkuarla tanış olub. Lakin cütlük yarım il sonra ayrılıb. Buna səbəb isə Rouzun ABŞ-a gedərək Li Strazberqin məktəbində aktrisalıq dərsləri almaq istəməsi olub.