46
02:39
18 Fevral 2016

İsveçdə Türk Mədəniyyət Mərkəzinin binasında partlayış

İsveçin paytaxtı Stokholm şəhəri yaxınlığında yerləşən Türk Mədəniyyət Mərkəzinə məxsus binada partlayış baş verib.

APA-nın məlumatına görə, insident yerli vaxtla saat 21:35-də qeydə alınıb.

Hadisə nəticəsində binanın bütün şüşələri sınıb.

Bildirilir ki, polis ərazini əhatəyə alıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.

Zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.