46
15:12
17 Fevral 2016

Mərkəzi Bank bu gün 14 banka 50 mln. dollar satıb

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 49,990 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.