56
10:47
17 Fevral 2016

"Exxon" korporasiyasına aid şirkət Azərbaycandakı filialını bağlayıb

Baham Adaları Birliyinin "Ekson Saus Kaspian Limited" ("Exxon South Caspian Limited") şirkəti Azərbaycandakı filialını ləğv edir.Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, şirkət bununla bağlı ləğvetmə komissiyası yaradıb.

Kreditorlar iki ay ərzində tələblərini şirkətin filialına ünvanlaya bilər.

Qeyd edək ki, "Exxon South Caspian Limited" ABŞ-ın "Exxon Corporation" neft-qaz korporasiyasına daxildir.