23
04:27
17 Fevral 2016

ABŞ və Kuba birbaşa uşuşları bərpa edir

ABŞ və Kuba arasında birbaşa hava əlaqəsinin bərpa olunmasına dair saziş imzalanıb. APA -nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Nəqliyyat Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bu qərar iki ölkə arasında aviadaşımalardan əldə olunan gəlirin artırılmasına yardım edəcək.

Qeyd edək ki, bundan əvvəl iki ölkə arasında yalnız çarter uçuşlar həyata keçirilib.