62
19:33
16 Fevral 2016

Prezident İlham Əliyev Tovuz rayonuna səfər edib - YENİLƏNİB

Prezident İlham Əliyev Tovuz rayonunda yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib. Lent.az -ın AzərTAc-a istinadən verdiyi məlumata görə, tədbirdə Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edildiyi qeyd olunub. Daha sonra bildirilib ki, avtomobil yolu rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdırmağa, həmçinin iqtisadiyyatın və turizmin inkişafına mühüm töhfə verəcək.

***

19:30

Prezident İlham Əliyev bu gün Tovuz rayonuna səfərə gəlib. Lent.az -ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Daha sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.