34
17:45
16 Fevral 2016

Qazaxda ekskursiya təşkil olunub

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə icra etdiyi “Azərbaycanı kəşf et” - abidələrimiz milli sərvətimizdir! layihəsi çərçivəsində təlim keçirib.

Lent.az -ın verdiyi məlumata görə, təlim Qazax və Ağstafa rayonlarının şagird və tələbələri arasında keçirilib.

Təlim iştirakçıları Azərbaycanın qədim abidələri, onların yaranma tarixi haqqında ətraflı məlumatlar əldə ediblər. Layihənin eksperti iştirakçılar arasında onların tarixi abidələrimiz haqqında bilgilərini yoxlamaq məqsədi ilə sorğu keçirib. İştirakçılar sorğuda böyük maraqla iştirak ediblər. Layihədə iştirak edən benefisiarlara o cümlədən orta və ali təhsil müəssisələrinə, mədəniyyət mərkəzlərinə Qazax tarixi abidələri haqqında məlumatlar və şəkillər dərc olunmuş buklet və cib təqvimləri paylanıb. Layihə çərçivəsində Göyəzən dağı – 7 bürclü qalaya, Damcılı Mağaraya, Koxa Mahmud bulağına, Qazax Müəllimlər Seminariyasına, İsrafil Ağa Hamamına, Qazax Cümə Məscidinə və Alban Kilsəsinə ekskursiya təşkil olunub. Ekskursiyalar zamanı layihənin eksperti G. Ələsgərova iştirakçılara hər bir məkanın tarixi haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, layihə çərçivəsində növbəti səfər Quba rayonuna təşkil olunacaq.