39
16:53
16 Fevral 2016

Dövlət komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın tətbiq edilməsi haqqında” fərmanda dəyişiklik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dəyişikliklə fərmanın 2-ci hissəsi ləğv olunub.

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilib: 1.2-ci bənddə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra — DTXK)” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK)” sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci, 4.2-ci, 5.6-cı, 7.1-ci, 8.6-cı və 8.8-ci bəndlərdə ismin müvafiq hallarında “DTXK" abreviaturası ismin müvafiq hallarında “ƏMDK" abreviaturası ilə əvəz edilsin;

2.3. 4.2-ci bənddə (hər iki halda) “rayon, şəhər şöbəsi” sözləri “ərazi bölməsi” sözləri ilə əvəz edilsin;

2.4. 5.6-cı bənddə (hər iki halda) “rayon (şəhər) şöbəsinin” sözləri “ərazi bölməsinin” sözləri ilə əvəz edilsin;

2.5. 5.7-ci bənddə “DTXK-nın sədri tərəfindən imzalanır və DTXK-nın möhürü ilə təsdiq edilir” sözləri “ƏMDK-nın sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən imzalanaraq, ƏMDK-nın və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - ETSN) möhürləri ilə təsdiq olunur” sözləri ilə əvəz edilsin;

2.6. 8.2-ci və 8.3-cü bəndlərdə “DTXK” abreviaturası “ƏMDK və ETSN” abreviaturaları ilə əvəz edilsin.