40
06:33
16 Fevral 2016

Rusiyada binada partlayış: dağıntılar altında qalanlar var

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 1-ci mərtəbədən 5-ci mərtəbəyədək binanın bir hissəsi çöküb, dağıntılar altında qalanlar var.

İlkin məlumata görə, hadisəyə məişət qazının partlaması səbəb olub.

Hadisə yerində təcili tibbi yardım briqadaları və xilasedicilər işləyir. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.