29
17:19
15 Fevral 2016

Məhkəmə Müsavatın qurultay nəticələrini ləğv etməyib

Bu gün Binəqədi Rayon Məhkəməsində Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin şikayəti əsasında məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə şikayətlərə baxılıb, vəsatətlər qaldırılıb.

Məhkəmə qurultayın nəticələrinin ləğv olunması ilə bağlı iddianı təmin etməyib.

Müsavat Qadınlar Təşkilatının sabiq sədri Ellada Məmmədli APA-ya açıqlamasında deyib ki, məhkəmənin qərarından Apellyasiya şikayəti veriləcəklər.

Qeyd edək ki, Müsavatın ötən il sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiya başqanı seçilib. Qurultayın nəticəsindən narazı qalanlar isə məhkəməyə müraciət edərək, nəticələrin ləğv olunmasını tələb ediblər.