45
12:46
15 Fevral 2016

DİN tibb bacısının qətli ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağcabədi şəhərində törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 10-da Ağcabədi şəhərində yaşayan Kamilə Əhmədovanın küt alətlə qətlə yetirilmiş meyiti mənzilində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakinləri Cəlal Məsimov və Samir İsayev tutulub.

Qeyd edək ki, qətlə yetirilən K.Əhmədova Ağcabədi xəstəxanasında tibb bacısı işləyirmiş.

Araşdırma aparılır.