42
10:27
15 Fevral 2016

Neft həftəyə bahalaşmaqla başladı

Neft həftəyə bahalanmaqla başlayıb. APA TV-nin məlumatına görə, birjalarda ötən həftənin son seanslarında “Brent” markalı neftin qiyməti 32,71 dollar olubsa, həftənin ilk seansında bu rəqəm 33,36 dollara yüksəlib. Qərbi Texas neftinin də qiymətində cüzi bahalanma var. Hazırda WTI nefti 29, 37 dollardan satılır ki, bu da ötən həftənin qiymətindən 30 sent bahadır. Səhər seanslarında neftin qiyməti bahalaşsa da, bu tendensiyanın günün sonunadək davam edəcəyi sual doğurur. Dünən İran Avropa bazarına əlavə neft göndərib, bu gün isə Yaponiyada ümumi daxili məhsulun həcminə və Çində ticarət balansına dair hesabatlar açıqlanacaq. Bu üç faktor bazar ertəsi neftin qiymətinin dəyişməsinə təsir göstərə biləcək əsas üç amil hesab olunur.