19
02:58
14 Fevral 2016

50 maşın toqquşdu, yaralananlar var

ABŞ-ın Pensilvaniya ştatının Frederiksburq şəhəri yaxınlığında 50-dən çox avtomobilin toqquşması yolun tamamilə bağlanmasına səbəb olub. APA -nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi qəza nəticəsində yaralananların olduğunu bildirsə də, onları sayı açıqlanmayıb.

Hadisə yerində müvafiq işlər aparılır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Pensilvaniya ştatında fırtına xəbərdarlığı elan edilib.