27
12:46
13 Fevral 2016

İlhama Quliyevanın köməkçisinin həbs müddəti uzadıldı

Səbail rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova barəsində prokurorluğun verdiyi vəsatətə baxılıb.

Bu barədə Lent.az -a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib.

O bildirib ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən qapalı prosesdə M. Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Mehriban Hüseynova İlhamə Quliyevanın şikayəti əsasında saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29.180.3.2( soyğunçuluğa cəhd, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədməyə cəhddə) ilə ittiham edilib.

Onun barəsində Sabail rayon Məhkəməsi 2 ay müddətə həbs qətimkan tədbiri seçilib. Bundan sonra yenidən onun barəsində həbs-qətimkan 2 ay uzadılmışdı. Onun həbs-qətimkan tədbiri fevralın 16-da bitməsi ilə Baş Prokurorluq təqdimat verərək bu müddətin uzadılması istəyib.

Mehriban Hüseynova artıq 4 aydır həbsdədir.