27
15:17
12 Fevral 2016

Rauf Mirqədirovun məhkəməsinin vaxtı bilindi

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə Lent.az -a jurnalistin vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası martın 18-i saat 15:00-a təyin edilib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.