34
14:00
12 Fevral 2016

“Donuz qripi” ilə bağlı peyvəndləməyə ehtiyac yoxdur" - Nazirlik

“Hazırda Azərbaycanda “donuz qripi” təhlükəsinə qarşı peyvəndləmə aparılmır. Ümumiyyətlə, bu işin aparılması nəzərdə tutulmayıb, çünki buna ehtiyac yoxdur”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, “donuz qripi” təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir: “Dezinfeksiya işləri aparılır. Həmsərhəd ölkələrdən Azərbaycana gələn insanlar müayinədən keçirilir. Əgər hər hansı şübhəli hal olarsa, onlar hospitallaşdırılır”.

Direktor müavini qeyd edib ki, laborator müayinələrin nəticələrinə görə Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.