38
13:12
12 Fevral 2016

Kolleclərdə pedaqoji kadr hazırlığı minimuma endirilib

“Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin 40 faizdən çoxu humanitar, pedaqoji və musiqi yönümlüdür. Bir çox kollec eyni profil üzrə kadr hazırlığı həyata keçirir. Bəzilərində yüksək keyfiyyət olmadığından kadr hazırlığının keyfiyyəti qənaətbəxş hesab oluna bilməz”.

Lent.az -ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, əmək bazarında yetərincə tələbat olmayan sahələr üzrə kadr hazırlığının aparılması və çoxsaylı idarəetmə heyətinin saxlanılması büdcə vəsaitləri ilə bağlı müəyyən səmərəsiz xərcləmələrə gətirib çıxarır . Buna görə də nazirlik tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb. 2013-cü ildən başlayaraq kolleclərdə pedaqoji kadr hazırlığı minimuma endirilib, əmək bazarında tələb olunmayan digər ixtisaslar üzrə qəbul planı məhdudlaşdırılıb”.