48
11:44
12 Fevral 2016

Sankt-Peterburqda azərbaycanlıya 7 güllə vurdular

Rusiyanın Sankt-Peterburq şəhərində 53 yaşlı azərbaycanlı qətlə yetirilib. Lent.az -ın fontanka.ru-ya istinadən verdiyi məlumata görə, adı açıqlanmayan həmyerlimiz dünən gecə saatlarında güllələnib. Naməlum avtomobildən ona 7 dəfə atəş açılıb. Güllələrdən ikisi ürək nahiyəsi dəydiyindən o, yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanılıb.

Rusiya İstintaq Komitəsindən verilən məlumatda isə bildirilir ki, mərhum 2 ay əvvəl həbsdən azad edilibmiş.