28
05:54
12 Fevral 2016

Suriyaya dair plan hazılandı

Münhendə keçirilən Suriya danışıqlarında tərəflər münaqişənin nizamlanmasına dair üç bənddən ibarət plan hazırlayıblar. APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə danışıqların gedişatı ilə yaxından məlumatlı olan diplomatik mənbə bildirib.

Məlumata görə, plana ölkədə humanitar vəziyyətin yaxşılaşdırılması və hərbi əməliyyatların dayandırılmasına dair tədbirlər, həmçinin, sülh danışıqlarının bərpası məsələsi daxil ediləcək.

Qeyd olunur ki, yekun bəyanatda münaqişə zonasında atəşkəsin tətbiq edilməsi ilə bağlı müddəa da əksini tapacaq. Bundan başqa, sənəddə mühasirədə olan yaşayış məntəqələrinin əhalisinə konvoy və aviasiya vasitəsi ilə çatdırılmanın köməyi ilə humanitar tədbirlərin həyata keçirilməsi məsələsi də öz əksini tapacaq.