53
01:22
01 Fevral 2016

Mənzildə meyit aşkarlanıb-Sumqayıtda

Sumqayıtda mənzildə meyit aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Dərhal FHN-nin Sumaqyıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Onlar mənzildə 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkar ediblər və aidiyyəti üzrə təhvil veriblər.