78
16:33
31 Yanvar 2016

Məhəmməd Əmin Rəsulzadənin "Ulduz" metrosu yaxınlığındakı heykəli

Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə sosializm ideologiyasının lideri hesab edilən Vladimir İliç Leninin heykəllərinin kütləvi uçurulmasına başlandı. Uçurulan heykəllər arasında "Ulduz" metrostansiyasının yaxınlığında Şin Zavodunun həyətindəki abidə də vardı. Burada Lelinin heykəlinin yerinə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin heykəli ucaldıldı.

Heykəlin yerləşdiyi əraziyə paytaxt əhalisinin və qonaqların yolu düşmədiyindən həmin abidənin fotosunu təqdim edirik.