57
11:00
31 Yanvar 2016

Fevralda filarmoniyada keçiriləcək tədbirlərin SİYAHISI

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının fevral ayı üçün tədbirlər planı təqdim edib. Lent.az siyahını təqdim edir:

2 fevral - “Gəncliyin səsi” festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrdən ibarət simfonik orkestrinin, “Baku Sinfonietta” orkestri və gənc Prezident təqaüdçülərinin konserti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərlərindən ibarət sərgi;

2 fevral - F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər bizim sabahımızdır” adlı konserti;

5 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti;

6 fevral - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti;

12 fevral - Azərbaycan Dövlət Rəqs Ansamblının konserti;

13 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müğənni, pianoçu, Xalq Artisti Rauf Atakişiyevin 90 illiyinə həsr olunan konserti;

19 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti;

24 fevral - Azərbaycan Dövlət Xor Kapellasının konserti;

25 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti;

26 fevral - Xocalı soyqırımına həsr olunan anım mərasimi.

Konsert və tədbirlər saat 19:00-da başlanır.