39
10:17
31 Yanvar 2016

Qaradağda 6 otaqlı ev yanıb

Bakıda daha bir ev yanıb. Lent.az Fvqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 415 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 270 kv.m sahədə və içərisində olan tikinti materialları malları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.