75
10:09
31 Yanvar 2016

Bakıda “Niva” qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Nərimanov rayonu ərazisində “Niva” markalı, 99 XM 357 nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Nəticədə 76 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.