39
07:14
31 Yanvar 2016

Meksikanın neft gəlirləri 70 faiz azalıb

Meksikanın energetika naziri Pedro Xokain Kolduell ölkənin neft gəlirlərinin 70 faizdən çox azaldığını bildirib.

“Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar “Pemex” şirkətinin itkilərinin həcmi 70 faizdən çox təşkil edib”, - deyə Kolduell bildirib.

Onun sözlərinə görə, belə şəraitdə “Pemex” şirkəti beynəlxalq bazarlarında 5 mlrd dollar dəyərində istiqraz emissiyasını uğurla həyata keçirə bilib: “Vəsaitləri dondurulmuş layihələrə yönəltmək planlaşdırılır”.

Hasil edilən neftin həcminə görə dünyada 10-cu yerdə qərarlaşan Meksikanın ixracat strukturunda karbohidrogen resurslar cəmi 10 faiz paya malikdir, ixracatın qalan hissəsini isə sənaye malları təşkil edir. Buna baxmayaraq, neft gəlirləri büdcə vəsaitlərinin 18 faizini təşkil edir.